Yanğın 6 can aldı

10 Fevral 2013 09:24 (UTC+04:00)

Rusiyanın Komi respublikasının Sıktıvkar bələdiyyə ərazi dairəsinə məxsus tikinti sahəsində qaz balonu partlayıb. SİA-nın xəbərinə görə, bu barədə Rusiya FHN-i açıqlama verib. Yanğınla müşahidə olunan partlayış fəhlələrin yaşayışı üçün istifadə olunan birmərtəbəli dəmir-betonlu tikilidə baş verib, nəticəsində 6 nəfər ölüb, 13 nəfər xilas olunub.

Yanğın söndürülüb, hadisə yerinə 36 nəfərdən ibarət canlı qüvvə və 12 ədəd texnika cəlb olunub.