Elnur Məmmədlinin qızı dünyaya gəlib

9 Fevral 2013 13:11 (UTC+04:00)

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədlinin qızı dünyaya gəlib. Sisasport.az saytının xəbərinə görə, tanınmış idmançı "Instagram"da yayımladığı fotoda qızının dünyaya gəldiyini yazıb. O, qızının adını Arzu qoyduğunu da qeyd edib.