Tanınmış sənətçi niyə həyəcanlandı?

9 Fevral 2013 12:51 (UTC+04:00)

Bir qrup Azərbaycanlı tamaşaçıların sevdiyi türk sənətçisi Hadisədən yeni xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənninin fevralın son həftəsində yeni mahnısı işıq üzü görəcək. Sözləri İsra Gülümserə, musiqisi isə Tolga Görsevə aid olan mahnı "Visal" adlanır. Yeni musiqisi ilə sevənlərinin qarşısına çıxmağa hazırlaşan müğənni böyük həyəcan içindədir. Onu da nəzərinizə çatdıraq ki, "Visal" sözü osmanlı dilində "sevgiliyə qovuşmaq" mənasını ifadə edir.

Xatırladaq ki, ifaçının bundan əvvəl söylədiyi "Aşk Kaç Beden Giyer", "Biz Burdayız" mahnıları da var.

Qeyd edək ki, Hadisə yaxın günlərdə klip çəkilişində geyinəcəyi paltarı seçmək üçün modelyeri Hakan Yıldırıma müraciət edib.