Müğənni həmkarlarını nədə günahlandırdı?

9 Fevral 2013 10:30 (UTC+04:00)

Azərbaycan estradasının tanınmış müğənnisi Nura Suri xarici ölkələrdə fəaliyyətlərini davam etdirən müğənniləri qınayıb. O, telekanalların birində açıqlama verərək həmkarlarını "ağ yuyub, qara sərdi": "Azərbaycandan kənarda fəaliyyət göstərən şou-biznes əhlini qınayıram. Çünki o müğənnilər düşünürlər ki, artıq onlar öz vətənlərində yaradıcılıqları ilə bağlı hər şey ediblər. Ancaq mən onların bu fikirləri ilə razılaşmıram".