Serbiya Prezidentinin şərəfinə ziyafət verilib

8 Fevral 2013 23:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa Nikoliçin şərəfinə rəsmi ziyafət verilib. SİA-nın məlumatına görə, dövlət başçıları ziyafətdə çıxış edərək ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişafı məsələlərindən danışıblar.