Milli komandamız gümüş medal qazanıb

8 Fevral 2013 17:33 (UTC+04:00)

Koreya Respublikasının Pyeonq Çanq şəhərində Dünya Xüsusi Qış Olimpiya Oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, bu mötəbər yarışda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin döşəmə üzərində xokkey üzrə yığma komandası iştirak edib.
Xokkeyçilərimiz yarışın ikinci divizionunda İtaliya yığmasına 1:0, Cəbəllütariq millisinə 7:1 hesabı ilə qalib gəlib, İsveç kollektivi ilə heç-heçə oynayıblar - 0:0. Finalda Misir yığmasına 0:2 hesabı ilə məğlub olan millimiz Dünya Xüsusi Qış Olimpiya Oyunlarının gümüş medallarına sahib olub.