Siyasilər “Daş yuxular” barədə

8 Fevral 2013 17:06 (UTC+04:00)

Azərbaycanın çörəyini yeyib, suyunu icən bəzi insanların sonradan vətəninə, torpağına qənim kəsildiyini eşitmişik. Əkrəm Əlisli isə belə əqidəsiz və məsləksiz insanların liderinə çevrildiyini nümayiş etdirdi. O "Daş yuxular" əsəri ilə xalqımıza qarşı məkrli bir oyun oynamaqla erməni kimi qanicən, yarımvəhşi milləti təmizə cıxarmağa cəhd göstərdi. Elm adamları, ziyalılar, ictimayyət nümayəndələri buna görə, Əkrəm Əylislini tənqid edir, onu böyüyüb, boya başa catdığı Vətininə düşmən kəsilməkdə ittiham edir və bildirirlər ki, Əkrəm Əylisli digər titullarından da məhrum edilməlidir.

Millət vəkili Məlahət İbrahimqızı:

- Hakimiyyətin mənbəyi xalqdır. Prezidenti isə xalq seçir. Prezidentimiz İlham Əliyev də xalqın arzusunu nəzərə alaraq Əkrəm Əylislidən xalq yazıçısı titulundan məhrum etdi. Çünki Əkrəm Əylisli "Daş yuxular" əsəri ilə Azərbaycanın xalq yazıçısı fəxri adını ləkələmiş bir şəxsdir. Bir sözlə Əkrəm Əylislini bu addan məhrum edilməsi düzgün addımdır. Daha sonra millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan ictimaiyyətinin əksər hissəsi kimi bu romanla tanış olub və onun da bu məsələyə münasibəti birmənalıdır. Əkrəm Əylisli yazdığı bu romanla Azərbaycan xalqına qarşı mövqe tutaraq, tarixi faktları saxtalaşdırıb. Damarında Azərbaycan qanı axan Azərbaycan vətəndaşı olan kimsə belə bir addım atmazdı. Yazılan hər bir sətir Azərbaycan xalqına atılan bir böhtandır. Odur ki, bu insan Azərbaycan xalq adını daşımağa layiq deyildir. Bu gün bütün dünya Ermənistanı işğalçı bir xalq kimi tanıyır. Xocalı soyqırımı isə dünyadakı bir sıra ölkələr arasınada soyqırım kimi tanınıb. Əkrəm Əylisli bu əsəri ilə əslində bütün türk dünyasına xəyanət etdi və xalqın nifrətinə qazandı

Millət vəkili Musa Urud:

- Bu məsələni Azərbaycanın milli maraqlarına, milli, mənəvi dəyərlərinə, xəyanət kimi qiymətləndirilməlidir. "Daş yuxular" əsəri ilə Əkrəm Əylisli Azərbaycan xalqını təhqir edib. Bu əsər bədii ədəbiyyat kimi çox qiymətsizdir heç bir dəyəri olmayan bir əsərdir. Bu əsər formaca roman adlandırılsada, siyasi publistikanın və felyetonun qarışıqlığından başqa bir şey deyildir. Buradakı əsas məqsəd xalqımıza qarşı edilən məkirli siyasətdir. Erməni xalqının erməni millətçilərinin etdiklərini ört-basdır edib, gizlətməkədən, ötrü Azərbaycan xalqını aşalmaq cəhdidir. Deyə bilərəm ki, bu əsər heç bir həqiqəti əks etdirmir. Bütün hadisələr isə bu əsər vasitəsilə təhrif edilir. Əsərdə ermənilərin törətdikləri qırğından söhbət açılmır, bu hadisələrə gələn zaman sükutla üstündən keçilir. Xalqımız qarşı törədilən cinayətlər göstərilmir. Hesab edirəm ki, Xocalıda, Şuşada Qarabağda olan qırğınlar, qərbi azərbaycanlıların deportasiyası bir sıra bölgələrimizdə törədilən qətliamlar unudulur. Bu əsər ziddiyyətləri dərinləşdirməyə xidmət edir. Bu əsər ölkəmizin Qarabağ münaqişəsinə, ölkə başçısı İlham Əliyevin Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcəyinə və Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bötövlüyü çərçivəsində ədalətlə həll olunması xətinə zərbə vuran bir əsərdir. Əkrəm Əylisli bununla öz xalqının təsübkeşi və xalqının yazıçısı olmaq haqını, hüququnu itirdi. "Daş yuxular" əsəri ilə Əkrəm Əylisli xalqın nifrətini qazandı.

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov:

- Əkrəm Əylisli ilk öncə yazıçı və Azərbaycan vətəndaşı olaraq ən əvvəl özünə və həqiqətə xəyanət edibdir. Yəni ermənilərlə azərbaycanlılar arasında bir əsirdən artıq gedən müharibələr ərazi iddiaları tarixin bütün məqamlarında öz əksini tapıb. Ermənilər azərbaycanlıları vəhşicəsinə qırmış, soyqırım törətmişlər. Bütün məqamlarda bu məsələ öz əksini tapıb. Yazilan bu romanda bütün hadisələr təhrif olunub. Yəni bu əsərdə yazılanlar onun öz fantaziyası, uydurmasıdır. Əkrəm Əylisli həm də bununla yazıçı pirinsipinə xəyanət edibdir. Qeyd edim ki, yazıçı tarixi hadisələri tamamilə təhrif edib öz fantaziyasına uyğunlaşdırmalı deyil. Yazıçı bədii obraz yarada bilər və onun təxəyyülünün məhsuluda ola bilər. Lakin tarixi mövzuda əsər yazan zaman o tarixi həqiqətləri təhrif etməməlidir. Mən deyərdim ki, Əkrəm Əylisli azərbaycanlı adını daşımaq hüququnu, mənəvi haqını itirib. Onun damarlarında axan qan təmiz azərbaycanlı qanı deyil. Əkrəm Əylislinin qanı qarışıq qandır. Çünki azərbaycan vətəndaşı öz tarixini bu cür təhrif edə, yalan söyləyə bilməz. Qeyd edim ki, Əkrəm Əylislidən ölkəmizə xəyanət etdiyi üçün Azərbaycanın xalq yazıçı adından məhrum edilməsi təhqirəlayiqdir. Yəqin ki, Əkrəm Əylisli bu əsərdən sonra Ermənistanın xalq yazıçı adını alar. Əkrəm Əylislinin bütün titulları əlindən alınsa daha yaxşı olardı. Çünki, Azərbaycan xalq yazıçıları hər zaman obyektiv olub, milli mənəvi dəyərlər hörmətlə yanaşıb xalqına xidmət ediblər və bundan sonrada edəcəklər.

Millət vəkili Musa Qasımlı:

- Əkrəm Əylislinin "Daş yuxular" əsəri bədii təxəyyülün məhsulundan daha çox siyasi bəyanata bənzəyir. Azərbaycanlılar tarixi dədə baba torpaqlarından qovulublar. Azərbaycanın Dağlıq Qarabağ regionu işğal edilib. Həmin torpaqlarda və ətraf rayonlarda yaşayan azərbaycanlılar məcburi köçkünə çevriliblər. Dünyada Azərbaycana qarşı bütün bu haqsızlıqların, ədalətsizliyin olduğu təqdirdə, Əkrəm Əylislinin belə bir əsər yazması Azərbaycan xalqına arxadan zərbə vurmaq deməkdir. Azərbaycana qarşı istər hərbi, istərsə də siyasi diplomatik, hücuma keçənlərə bu əsərlə yardım edilməsi deməkdir. Bununla Əkrəm Əylisli özünü Balayan və Kaptiyanla bir cərgəyə qoyub. Erməni yazıçıları hər zaman böhtan, yalan yazıblar. Azərbaycanın xalq yazıçısının tarixi həqiqətləri saxtalaşdırması qəbul edilən deyil. Məgər Əkrəm Əylisli erməni silahlı dəstələrinin Naxçıvan ərazisində törədikləri qırğınları bilmir? Əkrəm Əylisli ermənilərin Dağlıq Qarabağ da, Xocalıda törətdikləri qırğını unudub, Sumqayıtdakı hadisələri isə xatırlamaq istəmir. Mənim fikrimcə bu əsər müəyyən dairələr tərəfindən Əkrəm Əylisliyə sifariş verilib, əsərin sujeti verilib və yazmaq tapşırılıb. Əkrəm Əylislini Azərbaycan xalqı vaxtı ikən millət vəkili seçib. Bir çox titullar verilib. İstiqlal ordenli bir yazıçı bu əsəri ilə Azərbaycan xalqının və dövlətinin istiqlalına balta vurub.

Əkrəm Əylislinin bu romanına Azərbaycan ictimaiyyəti etiraz etməyəcəksə bu ləkə bütün Azərbaycan ədəbiyyatının, ictimaiyyətinin üstündə qalacaq. Kim Əkrəm Əylislini müdafiə edirsə bu ləkəni onunla paylaşır. Xalqa atılan bu ləkə Azərbaycan xalqnın üstündə deyil, Əkrəm Əylislinin və onu müdafiə edənlərin üstündə qalmalıdır.

Milli QHT formunun prezidenti Rauf Zeyni:

- Əkrəm Əylisli həmişə öz əsərləri və atdığı addımlar ilə məni həmişə təcübləndirib. Məsələn Əkrəm Əylisli 1988- ci ildə qəzetə verdiyi müsahibəsində qeyd etmişdi ki, mən millətimin içində tənhayam. O vaxt anlamağa çalışırdım ki, o millətinin içində görəsən nəyə görə tənhadır? İndi isə Əkrəm Əylisli "Daş yuxular" əsəri ilə bütün ictimaiyyətin, yazarların, ədəbiyyat adamlarının və nəticədə xalqın böyük əksəriyyətinin nifrətinə səbəb olub. Bir sözlə bu əsər Azərbaycan xalqının milli mənəvi dəyərlərinə zərbə endirərək ermənilərə xidmət edir. Bununla Əkrəm Əylisli erməni dəyiramanına bir azda su tökür. Əkrəm Əylisli Sumqayıt hadisələrini, Xocalı soyqırımını unudub heç xatırlamaqda istəmir. Bu əsərin bədii formada olsada xalqı aşılayan ifadələr işlətməsi tarixi həqiqətləri təhrif etməyə onun heç bir hüququ çatmır. Bu əsər tarixi həqiqətləri təhrif etdiyinə görə xalqımıza şər, böhtan atdığına görə qınayıram. Ölkə başçısı İlham Əliyevin verdiyi Sərəncamı təqdirə layiq bir hal kimi qiymətləndirirəm. Mənim fikrimcə o digər titullarada layiq olmaq hüququnu mənəvi haqqını itirib.

Ruqiyyə Cəfərova