Bağışlayın, bilməmişik...

8 Fevral 2013 16:44 (UTC+04:00)

Nəhayət! Nəhayət ki, Əkrəm Aqulisskinin Azərbaycan xalqına və dövətçiliyinə qarşı hesablanmış xəyanətkar "Daş yuxular" romanına "İctimai Palata"dan da bəyanat gəldi. Amma bəri başdan deyim ki, vallah, bu bəyanatın verilməsindənsə, elə verilməməsi daha yaxşı olardı. Çünki həmin bəyanat ümumiyyətlə, söz və ifadələr baxımından bir-birini vuran söz yığınından başqa heç bir təsir imkanına malik deyil. Bu isə təbii qarşılanmalıdır. Bir halda ki, "İctimai Palata" Əli Kərimli və İsa Qəmbər kimi fərdlərin əlindədir, onda həmin bəyanatın da onların özləri kimi mənasız və düşük olacağını əvvəlcədən ehtimal etmək mümkünüydü. Gəlin bir daha həmin bəyanatın məğzinə və mətninə nəzər salaq, eləcə də bir-birini vuran ifadələri aşkarlayaq.

Məsələn, "palata"nın bəyanatında yazılıb ki, "tanınmış yazıçı Əkrəm Əylislinin Azərbaycan-erməni münasibətləri mövzusunda qələmə aldığı "Daş yuxular" romanı cəmiyyətdə təpki ilə qarşılanıb, kəskin neqativ rəy və hərəkətlərə səbəb olub."

Bunu bildik. Sonra?

Sonra isə yazılır ki, "Yazıçının özü və ailəsi isə həm də rəsmi hakimiyyətin repressiyası ilə üzləşib (?!-R.). "İctimai Palata" hər kəs kimi, Əkrəm Əylislinin də ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeydsiz-şərtsiz tanıyır, eyni zamanda..."

Baxin, bunlar siyasi həyasızlığa, yəni vəziyyəti öz siyasi ambisiyalarının xeyrinə dəyişmək məqsədilə iddia edirlər ki, Ə.Aqulisski və ailəsi guya ki, hakimiyyətin "repressiyası" ilə üzləşib. Adamın yaxasından tutub soruşarlar ki, əşşi, ay filan-filan olmuş və Əkrəmdən fərqlənməyən bicbala, repressiya bunun harasındadır?

Hakimiyyət xalqın hakimiyyəti olduğuna görə, nə səbəbə tələblər yerinə yetirilməməlidir?

Millət ayağa qalxıb, xalq onun fəxri adlarının əlindən alınmasını bilavasitə dövlət rəhbərliyindən tələb edib, üstəlik, Aqulisskinin həyat yoldaşı və oğlu mətbuata çıxaraq bundan sonra Azrbaycanda yaşaya bilməyəcəklərini (yəni Ə.Aqulisskinin günahlarına görə - R.) deyib, onu günahkar çıxarıblar. Siz də durub "repressiyadan" dəm vurursunuz. Axı hakimiyyət xalqın hakimiyyəti olduğuna görə, nə səbəbə tələblər yerinə yetirilməməlidir? Yəni xalqın tələbini yerinə yetirmək nə zamandan repressiya olub, ay özündən bixəbərlər?!

Digər tərəfdən, əgər "İctimai Palata" özünün də bəyan etdiyi kimi, Ə.Aqulisskinin ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeydsiz-şərtsiz tanıyırsa, onda bu boyda özündən müştəbeh, sarsaq bəyanatı yaymağa nə ehtiyac var idi?

Demək belə anlaşılır ki, Ə.Aqulisski "Daş yuxular" əsərini yazarkən, orada qeyd edilən hər bir ifadə "İctimai Palata" rəhbərliyinin, bilavasitə Əli Kərimlinin və İsa Qəmbərin ürəyindəndir. Ona görə də onlar bu sərsəm yazıçının erməni dəyirmanına su tökən yazı-poularını "ifadə azadlığı", "yaradıcılıq hüquqlarının qeyd-şərtsiz (!-R) tanınması" kimi qələmə verirlər. Yəni Ə.Aqulisskinin "erməni əzabkeşliyini" dəstəkləyirlər!

İbnəlik başqa cür də olmur axı...

Ancaq sonradan sükanı 180 dərəcə tərsinə fırladıb, bəyan edirlər ki, "bu əsərdə erməni-Azərbaycan münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan tarixinin saxtalaşdırılmasına, milli-mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir".

Adama qayıdıb deyərlər ki, gedin özünüzə, əəə! Bəyəm Azərbaycan xalqı sizin üçün nədir ki, onun bu qəzəbli vaxtında millətlə "çaşqa-lojka" oyanyırsınız. Birdəfəlik ya nemes olun, ya da sovet, biz də bilək cəbhənin hansı tərəfində dayanmısınız. Yoxsa nala-mıxa döyəcləməklə, nə demək istədiyiniz də məlum olmur.

Axırda da daxili ifratçılığa yol verərək, bəyanatı belə sonlandırırlar ki, "İctimai Palata" həqiqətən də burada daha çox Ə.Aqulisskinin müdafiəçisinə çevrilir. Xalqın haqlı rəyini, kəskin etirazını "qaragüruhçuluq", ya da səviyyəsizlik" kimi qiymətləndirirlər. Gərək Ə.Kərimli və İ.Qəmbər biz xalqın üzrlərini qəbul etsinlər. Bağışlayın, a "bəylər", biz Azərbaycan xalqı olaraq bilməmişdik ki, əgər Ə.Aqulisski erməniçilik edərsə, ona qarşı etiraz etmək olmazmış. İndi oldu daaa, bağışlasınlar biz xalqı...

P.S. Əgər belədirsə, onda bəyanat-filan nəyə gərəkdi? Onsuz da hər kəs bundan artığını "İctimai Palata" rəhbərliyindən gözləmirdi. Nə deyəsən, ibnəlik başqa cür də olmur axı...