Avtobus sürücüləri ölümə aparır

8 Fevral 2013 13:15 (UTC+04:00)

"Ötən il avtobus sürücüləri tərəfindən 114 qəza törədilib". SİA-nın verdiyi xəbərə görə, bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən il baş verən avtobus qəzaları nəticəsində 57 nəfər ölüb, 183 nəfər yaralanıb. Əvvəlki illə müqayisədə avtobus qəzalarında 17 nəfər ölüm , 85 nəfər isə yaralı sayı artıb.