Sabahdan havalar soyuyacaq

8 Fevral 2013 13:07 (UTC+04:00)

Sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir çiskinli az yağış yağacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcə isti olacağı gözlənilir.