Xarici siyasət klubunun təsis edilməsi mərasimi keçirilir

8 Fevral 2013 12:32 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin mərkəzi ofisində Xarici siyasət klubunun təsis edilməsi mərasimi keçirilir. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, YAP GB-nin sədri Seymur Orucov, hakim partiyanın sədr müavinləri iştirak edirlər.

Tədbirdə qeyd edilib ki, gənclər bu klubun fəaliyyətə başlaması ilə dünyaya daha da açıq olacaqlar və öz fikirlərini dolğun şəkildə çatdıra biləcəklər.

Qeyd edək ki, tədbir hazırda mövzu ətrafında müzakirələrlə davam edir.

Ceyhun Eyyubov