“Rabitə” “Dinamo”nu məğlub etdi

8 Fevral 2013 12:31 (UTC+04:00)

Voleybolçu qadınlardan ibarət klublar arasında təşkil olunan Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin növbəti oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Rabitə" səfərdə Rusiyanın "Dinamo" (Kazan) komandası ilə qarşılaşıb. Azərbaycan voleybolçularının üstünlüyü şəraitində keçən oyun "Rabitə"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıdakı "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.