Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb

8 Fevral 2013 10:30 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyinə AMEA və Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.