25 min səs artıq yığılıb

8 Fevral 2013 09:29 (UTC+04:00)

Ağ Evin internet saytında Güney Azərbaycan üçün başladılan imza kampaniyasında tələb edilən 25 min səs toplanıb. SİA-nın məlumatına görə, ABŞ Konqresində Güney Azərbaycan türklərinin məruz qaldığı insani və milli təzyiqlərin müzakirəyə çıxarılması üçün imzatoplama kompaniyası fevralın 12-də başa çatmalı olsa da, vaxtından bir neçə gen əvvəl tələb edilən 25 min səs yığılıb. Yetərli səsin toplanmasına baxmayaraq imzatoplama kampaniyası davam edir.