Əkrəm Əylisli layiq olduğu cəzanı aldı MÜNASİBƏT

7 Fevral 2013 19:51 (UTC+04:00)

Prezident İlham Əliyevin Əkrəm Əylislinin "Xalq yazıcısı" adından və Prezidentin fərdi təqaüdündən məhrum olunması barədə imzaladığı Sərəncam cəmiyyətdə xalq-hakimiyyət birliyinin təntənəsi kimi qiymətləndirilib

Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında dərc olunmuş "Daş yuxular" əsəri ilə bağlı etirazını bildirən xalq onun "Xalq yazıçısı" fəxri adından və Azərbaycan vətəndaşlığından məhrum olunmasını tələb edirlər. Əkrəm Əylisli xalqına iftira atmaq və həqarət etməklə təkcə azərbaycanlılara deyil, bütün insanlığa, bəşəri dəyərlərə xəyanət edib. O, bu xəyanətin cəzasını çəkməlidir. Məhz bütün bu və digər xalq etirazlarını nəzərə alan Prezident İlham Əliyev Əkrəm Əylislinin "Xalq yazıcısı" adından və Prezidentin fərdi təqaüdündən məhrum olunması barədə sərəncam imzalayıb. Bu Sərəncam cəmiyyətdə yüksək qarşılanlb və bunun xalq-hakimiyyət birliyinin növbəti təntənəsi kimi qiymətləndirilib. Söhbət etdiyimiz millət vəkilləri, ziyalılar və vətəndaş institutlarının təmsilciləri də Prezident İlham Əliyevin Əkrəm Əylisli barədə verdiyi qərarı müsbət dəyərləndirdiklərini bildiriblər.

Fəttah Heydərov: ""Xalq yazıçısı" adının Əkrəm Əylislidən alınması cəza deyil, onun nankorluğuna verilən bir cavabdır"

- Əkrəm Əylisli vətəndaşlıq hissini, duyğusunu itirən bir insandır. O, dərk etmir ki, verdiyimiz şəhidlər, torpaqlarımızın işğal altında olması və digər faciələrimiz erməni vəhşiliyinin nümunələridir. Bunu başa düşməyən Əkrəm Əylisli Azərbaycan xalqını aşağılamağa, erməniləri isə "ucaltmağa" cəhdlər göstərib. Bu da onun ermənilərdən sifariş aldığını göstərir. "Xalq yazıçısı" adının isə Əkrəm Əylislidən alınması cəza deyil, onun nankorluğuna verilən bir cavabdır. Əsil cəza isə xalqın ona olan nifrətidir. Belə bir əsər yalnız və yalnız erməni sifarişi ilə yazılan bir əsər ola bilərdi. Yazıcıya verilən mükafatlar xalqa göstərdiyi xidmətlə bağlı olur. Xalqa böhtan atdığı üçün digər dövlət mükafatları da əlindən alınmalıdır.

Eldar İbrahimov: "Əkrəm Əylisli sovet dövründə Azərbaycana qarşı ermənilərin casusu olubdur"

- Prezident İlham Əliyevin verdiyi Sərəncamı müsbət dəyərləndirirəm. Zamanlnda və məqamında verilən bir qərardır. Bu qərarla Prezident bir daha xalqının yanında olduğunu və xalqın maraqlarına qarşı cıxanlara münasibətinin sərt olduğunu nümayiş etdirdi. Əkrəm Əylisliyə verilən bütün adlar və imtiyazları əlindən alınmalıdır. O, birmənalı şəkildə Azərbaycan xalqının düşmənidir. Əkrəm Əylisli sovet dövründə Azərbaycana qarşı ermənilərin casusu olubdur. Belə bir əsəri yazmaqla yəqin ki, Nobel mükafatı almaq xülyasına düşübdür. Lakin bu xəyaldan,yuxudan başqa bir şey deyildir. Birmənalı şəkildə demək olar ki, Əkrəm Əylislinin damarlarında axan qan erməni qanıdır. Bu insan Azərbaycan xalqına qarşı öz erməniliyini edir.

Asəf Hacıyev: "Prezident Ilham Əliyevin Əkrəm Əylisli haqıqında verdiyi qərar çox məntiqli və düzgün bir qərardır"

- Prezident Ilham Əliyevin Əkrəm Əylisli haqıqında verdiyi qərar çox məntiqli və düzgün bir qərardır. Çünki xalqa böhtan atan şəxs xalq yazıçısı adını daşıya bilməz. Cənab İlham Əliyev Azərbaycan xalqının Prezidentidir. Xalqa böhtan atan şəxs Azərbaycan Prezidentinin təqaüdünü almağa və "Xalq yazıçısı" adını daşımağa layiq deyildir. Əkrəm Əylislinin səfirliklərə müraciətinin nəticəsi yoxdur. Çünki digər ölkələrin səfirliklərinin Azərbaycanın işinə qarışmağa hüququ və haqqı ola bilməz. Bu, sadəcə, sifariş aldığı qrupların diqqət mərkəzinə cevrilməkdən başqa bir şey deyil.

Rəfael Hüseynov: "Bu Sərəncam Əkrəm Əylislinin bütün fəaliyyətlərinə verilən sərt münasibət, layiqli cəzadıdır"

- Əkrəm Əylislinin bir insan kimi mahiyyyətini bəsit və cox zəif olan əsər bir daha təsdiqləyir. Prezident İlham Əliyevin verdiyi Sərəncam düzgün və əsaslıdır. Bu Sərəncam Əkrəm Əylislinin bütün fəaliyyətlərinə verilən sərt münasibət, layiqli cəzadıdır. Onun "Xalq yazıçısı" adından məhrum edilməsi ilə millətin və hakimiyyətin mövqeyinin üst-üstə düşdüyü nümayiş etdirildi.

Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə İctimai Birliyinin sədri İradə Əliyeva : "Aldığı sifariş, tapşırıq, damarında axan erməni qanı onu erməni təəssübkeşliyindən cıxış etməyə həvəsləndirib"

- Əkrəm Əylislinin aldığı bütün mükafatlardan və titullarından məhrum edilməsi məqsədəuyğundur. Deyə bilərəm ki, bütün vətəndaşlar Əkrəm Əylislidən "Xalq yazıçısı" titulundan məhrum edilməsindən çox məmnundurlar. Görəsən, Əkrəm Əylisli "Daş yuxular" əsərində yazdıqlarına, söylədiklərinə özü inanırmı? Əkrəm Əylisli nəyin müqabilində Azərbaycanın milli və dövlətcilik maraqlarına tamamilə ziddi olan əsər yazıb? Söz yox ki, aldığı sifariş, tapşırıq, damarında axan erməni qanı onu erməni təəssübkeşliyindən cıxış etməyə həvəsləndirib. Düşünürəm ki, ona verilən digər adlar və imtiyazlar da əlindən alınmalıdır.

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova: "Prezident İlham Əliyevin Sərəncamı ilə Əkrəm Əylislinin "Xalq yazıçı" adından məhrum etməsi təqdirəlayiqdir"

- Əkrəm Əylisli "Daş yuxular" əsəri ilə Azərbaycan xalqını təhqir edib. Bu əsər ilə o, Azərbaycan xalqına böhtan atıb, ləkə vurmağa çalışıb. Azərbaycan xalqını aşağılyan, alçaldan ona böhtan və şər atan bir çəxsin Azərbaycan xalqının yazıçısı" adını daşımağa mənəvi haqqı çatmır. Prezident İlham Əliyevin Sərəncamı ilə Əkrəm Əylislinin "Xalq yazıçısı" adından məhrum etməsi təqdirəlayiqdir

Ruqiyyə Cəfərova