İbrahim Affelay "Şalke"nin həkimlərini söyüb

7 Fevral 2013 15:09 (UTC+04:00)

"Qalatasaray"ın UEFA Çempionlar Liqasındakı rəqibi olan Almaniya "Şalke"sində ciddi böhran hökm sürür. Siasport.az saytı xəbər verir ki, alman klubunun bir sıra ulduz futbolçularının zədələnərək sıradan çıxması, klubun son turlarda Bundesliqada keçirdiyi oyunlarda meydanı məğlub tərk etməsi komanda daxilində ciddi gərginlik yaradıb. Belə ki, "Şalke"nin "Barselona"dan transfer etdiyi hollandiyalı futbolçu İbrahim Affelay, zədə aldıqdan sonra düzgün müalicə olunmadığını əsas gətirərək, komandanın həkimlərini küçə söyüşləri ilə təhqir edib. Almaniya mətbuatı yazır ki, klubun həkimləri tərəfindən 1,5 ay yaşıl meydanlardan uzaq qalacağı ilə bağlı qərar çıxarılan ulduz futbolçu haqqında komanda rəhbərliyi tərəfindən ciddi cəza tədbirlərinin görüləcəyi bildirilir.