"Kəpəz" Cəmşid Məhərrəmovla müqavilə imzaladı

7 Fevral 2013 11:17 (UTC+04:00)

Qış fasiləsi dövründə transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətə təcrübəli futbolçu cəlb edib. Siasport.az saytının məlumatına görə, sonuncu klubu "Bakı" olan Cəmşid Məhərrəmov Gəncə təmsilçisinin sıralarına qoşulub. Müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Baş məşqçi Mahmud Qurbanovun dəvəti ilə kluba gələn C.Məhərrəmov artıq 2 gündür ki, "Kəpəz"in məşqlərində iştirak edir.