Neft ucuzlaşıb

7 Fevral 2013 09:29 (UTC+04:00)
Fevralın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,02 dollar və ya 0,02% azalaraq 1 barelə görə 96,62 dollar olub. SİA-nın xəbərinə görə, fevralın 6-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,21 dollar və ya 0,2% artaraq 116,73 dollar təşkil edib.