"İnter" hazırlığı bərpa edib

6 Fevral 2013 17:18 (UTC+04:00)

Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıraraq vətənə qayıdan "İnter" bu gün məşq prosesini yenidən bərpa edib. Siasport.az saytının məlumatına görə, "Şəfa" stadionunda bir araya gələn komanda növbəti oyunun hazırlıqlarına başlayıb.

Xatırladaq ki, "İnter" Premyer Liqanın 19-cu turu çərçivəsində "Xəzər-Lənkəran" komandasıyla qarşılaşacaq. Oyun Lənkəran şəhər stadionunda saat 16.00-da baş tutacaq.