Arif Quliyevin səhhəti normaldır

6 Fevral 2013 16:29 (UTC+04:00)

Canlı yayımda səhhəti qəfil pisləşən Azərbaycanın xalq artisti Arif Quliyevin səhhəti normaldır. Aktyorun ailəsindən SİA-ya verilən məlumata görə, xalq artisti hazırda evindədir və səhhəti normaldır.

Qeyd edək ki, Arif Quliyevin canlı yayımda vəziyyəti qəflətən pisləşmişdi. "Azad Azərbaycan" (ATV) telekanalında yayımlanan verilişdə qonaq olan aktyorun oturduğu yerdə ürəyi gedib. Aktyor dərhal səhnə arxasına keçirilib və ona ilkin tibbi yardım göstərilib. Teleşirkətə təcili tibbi yardım çağırılıb.

Xatırladaq ki, ötən ilin sentyabr ayında aktyor yüksək təzyiq səbəbilə bir müddət xəstəxanada müalicə olunub.