Arif Quliyevin səhhəti pisləşib

5 Fevral 2013 19:17 (UTC+04:00)

Azərbaycanın xalq artisti Arif Quliyevin vəziyyəti qəflətən pisləşib. SİA-nın verdiyi məlumata görə, xalq artisti canlı yayımda olarkən halı dəyişib. "Azad Azərbaycan" (ATV) telekanalında yayımlanan verilişdə qonaq olan aktyorun oturduğu yerdə ürəyi gedib. Aktyor dərhal səhnə arxasına keçirilib və ona ilkin tibbi yardım göstərilir. Teleşirkətə təcili tibbi yardım çağırılıb. Hələlik aktyorun sağlıq durumu ilə bağlı məlumat verilmir.