Məhşur aktrisa boşandı

5 Fevral 2013 14:10 (UTC+04:00)

Türkiyənin məşhur aktrisası, Azərbaycan tamaşaçılarının "Min bir gecə" serialında Bennu obrazıyla tanıdığı Ceyda Düvenci boşanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə cütlük birlikdə keçirdikləri mətbuat konfransında deyiblər: "Həyatda bəzən yol ayırımı olur. Səbəblər insanlara və yaşanılan hadisələrə görə fərqli ola bilər. Qızımızın səhhəti üçün çətin günlərə dözməli olduq. Yorulduq və mədəni insanlar kimi razılaşaraq ayrıldıq. Ailə həyatı başa çatsa da, qızımız üçün bərabərliyimiz davam edəcək".