Azərbaycanlı müğənni konsert verməyə hazırlaşır

5 Fevral 2013 12:23 (UTC+04:00)

Azərbaycan estradasının tanınmış müğənnisi Könül Kərimova Moskvada "Bir könüldən, min könülə" adlı solo konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, sözügedən konsert mart ayının üçündə, Ostankinonun "Korolevskiy" zalında həyata keçiriləcək.

Nəzərinizə çatdıraq ki, Bir könüldən, min könülə" adlı solo konsertə səbəbkarın həmkarları da təşrif buyuracaq. Onlardan Cabbar Musayev, türkiyəli müğənni Adil Karaca, "Bakı atəşi" ansamblı və "Kalarit" rəqs qrupu da dəvətlidir.

Qeyd edək ki, gecəni idarə etmək aparıcı Cavid Gülə həvalə olunub.