Ucarda dəhşətli qəza

5 Fevral 2013 09:30 (UTC+04:00)

Ucar rayonunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 240-cı kilometrliyində "Qazel" markalı yük avtomobili, "Vaz" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "Vaz" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili-Tibbi Yardım xidmətinə təhvil verilib. Avtomobildə olan şəxsiyyəti məlum olmayan digər sərnişin isə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.

Əməliyyat saat 19:40-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.