Joze Mourinyo futbolçularını hədələdi!

5 Fevral 2013 10:18 (UTC+04:00)

Sonuncu turda "Granada" ilə qarşılaşmada Ronaldonun öz qapısına vurduğu qol ilə məğlub olan Madrid "Real"ında gərginlik hökm sürür. Siasport.az saytı xəbər verir ki, kral klubunun baş məşqçisi Joze Mourinyo dünən axşam futbolçularla növbəti məşq zamanı ciddi görüş keçirərək, hər kəsi komandanın gələcəyi üçün məsuliyyətli olmağa və meydanda sona qədər mübarizə aparmağa çağırıb. Portuqaliyalı mütəxəssis yetirmələrindən xüsusi ilə UEFA Çempionlar Liqasında və Kral Kuboku uğrunda mübarizədə əzmkar oyun tələb edib.