İran: "İsraili peşman edəcəyik!"

4 Fevral 2013 15:50 (UTC+04:00)

İranın milli təhlükəsizlik naziri Səid Cəlili bildirib ki, İsrail Suriyaya etdiyi hücumun qarşılığını çox ağır ödəyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "İarail Suriyaya hücum etdiyinə peşman olacaq", - deyən nazir Cəlilinin sözlərinə görə, sionist İsrail indiyə qədər apardığı müharibələrdə necə qarşılıq alıbsa bu dəfə də belə olacaq.

Qeyd edək ki, Suriyanın prezidenti Bəşər Əsad da çərşənbə günü təşkil edilən hücumla əlaqədar çıxışında deyib ki, İsrailin məqsədi Suriyadakı sabitliyi pozmaqdır.