Finalçılar müəyyənləşdi

4 Fevral 2013 16:58 (UTC+04:00)

"U-14 Azərbaycan kuboku" turnirində finala yüksələn komandalar müəyyənləşib. Siasport.az saytının məlumatına görə, ilk yarımfinal qarşılaşmasında "Neftçi" 2:0 hesabı ilə "İnter" komandasını məğlub edib. Cənub və Qərb yığmaları arasında keçirilən digər yarımfinal oyunu 1:1 hesabı ilə yekunlaşdığı üçün qalib penaltı seriyasında bəlli olub. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən Qərb yığması 4:2 (ümumi hesab - 5:3) hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Fevralın 6-da, saat 14:00-da "İnter" və Cənub yığması arasında üçüncü yer uğrunda oyun, həmin gün saat 16:00-da isə "Neftçi" və Qərb yığması arasında final qarşılaşması olacaq. Hər iki oyun AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək.