Satqınçılığa görə nobel bir dəfə mümkündür

4 Fevral 2013 15:30 (UTC+04:00)

"Hər hansı problem olsa belə, o, ölkə daxilində həll olunmalıdır". Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli Əkrəm Əylislinin "Daş yuxular" romanına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yazıçının əsərini rus mətbuatına məxsus jurnalda dərc etməklə ermənilərlə həmrəy olduğunu nümayiş etdirir: "Orxan Pamuk "Qar" romanı ilə öz millətini təhqir edərək erməniləri yüksəltmişdi. Buna görə də xristian təəssübkeşliyi ilə Nobel mükafatı qazanmışdı. Ancaq Ə.Əylisli başa düşməlidir ki, satqınçılığa görə nobel bir dəfə münmkündür. Hesab edirəm ki, bu insanın əməlləri öz xalqına olan nifrətin təzahürüdür. Bunun üçün də bu insan heç vaxt bağışlanılmamalıdır. Onu Azərbaycan xalqı mükafatlandıranda anlamalı idi ki, bu insan səmimi deyil. Onun səmimiyyətinin arxasında öz xalqına qarşı dərin nifrət gizlənmişdi. Ə,Əylisliyə yüksək adlar verdiyimizə görə ermənilər onu yüksəklərə qaldırır ki, belə bir yazıçı lehimizə əsər yazıb. Hesab edirəm ki, bu sıradan bir məsələ deyil. Onun adı Zori Balayan olsa idi başa düşmək olardı. Ancaq öz içimizdən birinin belə bir hərəkət etməsi təəssüf doğurur".