Hüseyn Dəryadan narkotika etirafı!

4 Fevral 2013 11:24 (UTC+04:00)

Azərbaycanın tanınmış reperi Hüseyn Dərya artıq narkotikadan istifadə etmədiyini etiraf edib. O, bu vaxtadək adının yaradıcılığı ilə yox, ancaq narkotika istifadəçisi kimi hallandığını deyib. SİA-ya açıqlama verən Hüseyn 2 il narkotik maddələrin istifadəçisi olduğunu dilə gətirib: "Bu vaxtadək adım narkotika istifadəçisi kimi hallanıb. Nəzərinizə çatdırım ki, narkotika həyatımda cəmi iki il olub. Artıq həmin həyatı yaşamıram. Buna kim inanmırsa, özü bilər. İnananlardan isə Allah razı olsun".