Bu gün dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Ölkənin rayonlarında havanın temperaturu gecə 1-5, gündüz 7-12 dərəcə isti olacaq.