Prezident şri-lankalı həmkarını təbrik edib

3 Fevral 2013 18:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident,

Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və tərəqqi arzulayıram".