İran yeni qırıcısını təqdim etdi FOTOLAR

2 Fevral 2013 22:48 (UTC+04:00)

İranın Prezidenti Mahmud Əhmədinejad "Qahir-313" təyyarəsinin bütün hissələrinin yerli istehsala aid olduğunu deyir. M.Əhmədinejadın iştirakı ilə İranın "Qahir-313" adlı yeni yerli qırıcı təyyarəsinin təqdimatı olub. M.Əhmədinejad bu döyüş təyyarəsinin bütün hissələrinin və istehsal mərhələlərinin ölkənin daxilində həyata keçirildiyini və təyyarənin dünyanın ən üstün qırıcılar sırasında olduğunu bildirib.

General Əhməd Vəhidinin sözlərinə görə, bu təyyarə radardan qaçma və alçaq hündürlükdən üçma qabiliyyətinə malikdir. Həmçinin yüksək elektronik sistemlərə malik olan bu təyyarə qısa uçuş-enmə zolaqlarına da rahat enib-qalxa bilir.

Təqdimat mərasiminin sonunda M.Əhmədinejad İran hava qüvvələrinə və mütəxəssislərinə təşəkkürünü bildirib, onları bu münasibətlə təbrik edib.