Ötən il paytaxtın bir sıra mərkəzi küçələrində müasir multimedialı taksafonlar quraşdırılıb. Bu qurğular paytaxt sakinləri və şəhərimizin qonaqları üçün telefon rabitəsi ilə yanaşı, bir çox vacib internet xidmətləri də göstərir: "Taksofonların olması çox yaxşıdı, əlavə bir xidmət kimi, yəni hər an küçədə olarkən insan internetə girə bilmir, istənilən vaxt, istənilən adam internetə girə bilər əla bir xidmətdi".
Ancaq mobil telefonların taksofonlara olan ehtiyacı tam ödəməsi bu qurğuların aktuallığını itirməsinə səbəb olur: "Məncə elədə aktual deyil, çünki hərənin öz telefonu var, yəni ehtiyac olsa mobil telefon var, hamıda 1 yox 2 dənədi, istifadə edir. Çox az istifadə edirəm, yəni şəhərin mərkəzində heç ehtiyac da olmur, məncə bölgələrdə olsa daha yaxşı olar".
Qeyd edək ki, Bakı şəhərində 135 ədəd "multimedia"lı taksofon quraşdırılıb, bütövlükdə isə paytaxtda telefon rabitəsi xidməti göstərən taksofonların sayı 400-ə yaxındır.
BTİRB-in baş direktor müavini Xankişi Kişiyev bildirib ki, bu taksafonlar universal xarakter daşıdığı üçün, taksafonların əsasən tələbələr üçün və əhalinin az təminatlı hissəsi üçün nəzərdə tutulduğu üşün, həmin taksofonlardan xidmət haqqıda evdəki, multimedia xidmətlərindən 3 dəfə azdır.
Bu qurğular vasitəsi ilə elektron məktublar göndərmək, reklam çarxlarını izləmək, "Bluetooth"la mobil telefona şəkil, musiqi yükləmək və digər elektron xidmətlərdən yararlanmaq olar.