“Tamaşaçılar məndən beziblər”

2 Fevral 2013 15:09 (UTC+04:00)

Azərbaycan estradasının tanınmış müğənnisi Nadir Qafarzadə maqazin verilişlərindən kənar gəzdiyini deyib. O, bundan sonra heç bir həmkarına cavab verməyəcəyini dilə gətirib. SİA-ya açıqlama verən Qafarzadə artıq qalmaqallardan da iyrəndiyini etiraf edib: " Uzun zamandır ki, maqazin verilişlərindən kənar gəzirəm. Bundan sonra maqazin verilişlərinə ancaq yaradıcılığımla bağlı informasiya verəcəm. Artıq qalmaqallardan iyrənirəm. Hətta düşünürəm ki, zamanında mən də qalmaqal etdiyimə görə, tamaşaçılar məndən beziblər. Onu da nəzərinizə çatdırım ki, bundan sonra ünvanıma gələn xoşagəlməz sözlərə cavab verməyəcəm".