Böyük sosial şəbəkələrdən biri olan Twitter ciddi bir xaker hücumuna məruz qaldığı bildirib. SİA-nın verdiyi məlumata görə, Twitter işçiləri 250 mindən çox hesabın xakerlər tərəfindən ələ keçirilmiş ola biləcəyini qeyd ediblər. Twitter Məlumat Təhlükəsizliyinin direktoru Bob Lord verdiyi açıqlamada hücumun Twitter istifadəçi hesablarına istiqamətli olduğunu vurğulayıb. İstifadəçilərin problemlə qarşılaşmaması üçün bəzi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi lazımdır. Hücuma müdaxilə edən Twitter səlahiyyətliləri istifadəçilərin təhlükəsizliyi üçün şifrələri sıfırlayıb. Buna görə hücumdan zərər görən istifadəçilərin şifrələrini yeniləmələri lazım olacaq. Verilən açıqlamadan sonra 31 Yanvar 2013-cü il tarixində Twitterin bir neçə saatlığına istifadə edilməməsinin səbəbinin də xaker hücumuna qarşı alınan təhlükəsizlik tədbirləri ilə bağlı ola biləcəyi güman edilir. Twitter hesabınız bu hücumdan təsirlənməmiş olsa belə, bəzi sadə tədbirlər görməyinizdə fayda var.
Twitter istifadəçilərinin ala biləcəyi tədbirlər aşağıdakılardır:
- Twitter şifrənizi yeniləyin və şifrəniz sadə olmasın;
- Kiçik, böyük hərf, rəqəm və simvollardan istifadə edərək şifrənizi gücləndirin;
- Twitter üçün istifadə etdiyiniz şifrəni başqa hesablarınızda istifadə etməyin.