2 Fevral- Gənclər günü münasibəti ilə "İRƏLİ" İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı, "Metropark" AVM və MAG –ın dəstəyilə "Gənclər günü bir olaq" adlı konsert proqramı keçirilib.
SİA-nın verdiyi xəbərə görə, mərasimdə şou-biznes əhli də iştirak edib. Onladan Pərviz Abdullayev, Əbdül Xalid, Leyla İdrisova, Sevinc Musayeva, Pərvin Lətifov, Mehin Hümbətova, Aynişan Quliyeva, "Amiqos", "Cahan" və " Səmum" qurupları, Tural Atayev, Aynur İsgəndərli, Kamil Cəfərov, Adil Baxışlı, Toni, Fəqan Səfərov, Ramil Xələfov, Sadiq Məmmədov, Elvin Babazadə, Tural Vəlizadə, Vüqar Ağasıyev və digər gənc müğənnilər tədbirə rəngarənglik qatıblar.
Mərasimdə yadda qalan anlar da çox olub. 2 qız və 1 oğlanın apardığı gecədə müğənni Əbdül Xalidin başına iş gəlib. Müğənni səhnəyə çıxan zaman texniki problemlə qarşılaşıb. İfaçının mini diski oxumayıb. Əbdül Xalid özünə təsəlli vermək üçün gülə-gülə "Hər zaman pis işlər mənim başıma gəlir", - deyib.
Gözümüzdən qaçmayan məqamlardan biri isə gənc ifaçı uzun zamandan bəri efirlərdə görsənməyən Leyla İdrisovanın kilo alması olub. Xanım İdrisova dik daban ayaqqabı ilə o ki, var rəqs edib.
Nəzərinizə çatdıraq ki, sənətçilərə mərasim zamanı "İRƏLİ" İctimai Birliyi tərəfindən "Təşəkkürnamə" verilib.
Qeyd edək ki, 2 Fevral Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Azərbaycan Gənclər günü elan olunub. Gənclər günü MBD məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda keçirilir.