Rövnəq Abdullayev gənclərlə görüşüb FOTOLAR

1 Fevral 2013 16:45 (UTC+04:00)

Bu gün Neft-qaz Elmi Tədqiqat Layihə İnsitutunda dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin Gənclər günü münasibətilə şirkətdə çalışan gənc neftçilər, habelə hayata keçirilən təqaüd proqramlarının məzunları ilə görüşü olub. SİA-nın məlumatına görə, görüşdə Neft Şirkətinin vitse-prezidentləri və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Rövnəq Abdullayev gənclər günü münanasibətilə gəncləri təbrik edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının qələbələri barəsində ətraflı məlumat verib, bu nailiyyətlərdə ARDNŞ-nin rolunu qeyd edib. Yeni yataqların kəşf olunmasında görülən işlərdən danışan şirkətin prezidenti ölkəmizin tətbiq olunmuş çıxarılan karbohidrogen ehtiyatlarının şərti yanacaqla 4,5 milyard ton, proqnoz ehtiyatlarının isə 10 milyard ton həcmində qiymətləndirildiyini deyib. Bildirib ki, İlham Əliyevin tapşırığına əsasən Dövlət Neft Şirkətində ehtiyac duyulan ixtisaslar üzrə azərbaycanlı gənclərin xarici ölkə universitetlərində təhsilinin təşkilinə 2006-ci ildən başlanıb. İndiyədək 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkədə təhsili üzrə dövlət proqramına cəlb olunmuş 202 gəncin ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Kanada, İsveç, Avstriya, Türkiyə, Rusiya, Malta kimi ölkələrin ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilib.

Daha sonra gənclərin fikrlərinə və təkliflərinə müünasibət bildirilib, suallar ətrafında müzakirələr aparılıb.

Ceyhun Eyyubov