Animasiya filmlərimiz beynəlxalq festivalda

1 Fevral 2013 15:22 (UTC+04:00)

Fevralın 27-dən martın 4-dək Rusiya Federasiyasının Suzdal şəhərində animasiya filmlərinin 18-ci açıq festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival çərçivəsində ilk dəfə MDB və Baltikyanı ölkələrin Animasiya Filmləri Forumu təşkil olunacaq.

Proqramda MDB və Baltikyanı ölkələrdə son beş ildə çəkilmiş ən yaxşı animasiya filmlərinin nümayişi nəzərdə tutulur. Bununla yanaşı, forumda MDB-nin hər bir ölkəsindən bir təmsilçinin iştirakı olacaq.

Azərbaycanlı rejissor və rəssam, "Birlik" studiyasının bədii rəhbəri Firəngiz Qurbanova da tədbirə dəvət alıb. Forumda "Fitnəkar milçək" (rejissor F.Qurbanova) və "Səmada şəkil" (rejissor C.Əhədov) adlı cizgi filmlərimiz nümayiş olunacaq.