Korrupsiyaya meylli olan “mütəxəssislər”...

1 Fevral 2013 14:24 (UTC+04:00)

"Hazırda dərsliklərin moniorinqi aparılır və biz bu nəticələri qərar qəbuledici qurum olan Təhsil Nazirliyinə təqdim edəcəyik". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi bu sahədə siyasəti müəyyənləşdirir: "Lakin bu moinitorinqin təsiri ondan ibarət olacaq ki, dərsiklərin hazırlanması zamanı müəllif kollektivlərinin formalaşmasında şəffalıq mövcud olduğundan artıq bu prosesə qoşulmaq istəyənlər də başa düşəcək ki, onu müzakirəyə cəlb edəcəklər və müəllif də bu dərsliyə cavab verəcək. Bu sahədə gizli proses getməyəcək, deyə korrupsiya olmayacaq. İctimaiyyət bilirsə ki, dərsliyin müəllifi elə də güclü mütəxəssis deyil, onda korrupsiyaya meylli olan "mütəxəssislər" bu prosesə qoşulmayacaq. Dərsliklərin keyfiyyəti bunun nəticəsində qalxacaq".

TQDK sədri bildirib ki, təvəzökar müəlliflər də var ki, onlar tapılan nöqsanları və verilən təklifləri məmnuniyyətlə qəbul edirlər: "Bu müəlliflər gələcəkdə öz dərsliyi üzərində işləmək üçün ümumi fikirləri birləşdirib gələcəkdə daha yeni dərslik yaratmaq üçün töhfə alırlar. Bunun sayəsində həm şəffalıq mədəniyyəti olmayan insanları bu proseslərdən uzaqlaşdırırıq, eyni zamanda mütəxəssilər bu prosesdən töhfə alır. Çünki onların əsəri ilə əlaqədar daha geniş sayda mütəxəssis fikiri onlara məlum olur".