"Atletiko" "Sevilya" üzərində qələbə qazandı

1 Fevral 2013 14:07 (UTC+04:00)

Futbol üzrə İspaniya Kral Kuboku çərçivəsində ikinci yarımfinal qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, "Atletiko" klubu öz meydanında "Sevilya" ilə münasibətlərə aydınlıq gətirib. Olduqca gərgin keçən qarşılaşmada meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.