Dəclə çayı daşıb

1 Fevral 2013 09:48 (UTC+04:00)

Dəclə çayı və onun qollarında meydana gələn daşqın nəticəsində bölgədəki qəsəbə, kənd və fermalara gedən yolları və əraziləri su basıb.

Samarra anbarının müdiri Kərim Həsən Hammadi bildirib ki: "Dəclə çayında baş verən hadisə 1988-ci ildən bu günə qədər heç olmayıb. Biji və Şıgat mahalları sualtında qalıb. Bir neçə saat sonra sel suları anbarlara doğru büyük təyziqlə axacaq. Əgər belə olarsa seli Sirser gölünə istiqamətləndirəcəyik".

Samarrada fövqəladə hallar nazirliyinin nümayəndəsi olan Mahmud Xələf Əhmədin sözlərinə görə, hazırda sel basmış ərazilərdə evlərində qapalı qalmış insanların xilas edilməsi işləri davam etdirilir.