Asan Xidmətdən kimlər yararlanıb?

31 Yanvar 2013 19:34 (UTC+04:00)

Asan Xidmət əhalinin müraciətlərinə hələ ki, müsbət cavab verə bilib. Agentlik rəhbəri İnam Kərimov xidmətin insanlarda böyük etimad yaratdığını deyir: "Asan Xidmət Mərkəzi yanvarın ayının 15-dən işə başlayıb. Artıq 15 gündür.

Çox qısa müddət ərzində bu günə olan son statistikaya görə 6500 nəfər vətəndaş Asan xidmət mərkəzinin xidmətlərindən yararlanıb. 15 gün ərzində heç bir neqativ hal qeydə alınmayıb. Biz neqativ halların baş verməməsi üçün daim öz tədbirlərimizi görürük".