Hər bir bürcün özünəməxsus xüsusiyyətləri olur və sevgini hərəsi bir formada qəbul edir. Yaxşı bəs, tərk edilən bürclər nə edir?
Qoç bürcü – tərk edilən qoç bürcü ən qısa zaman ərzində özünə yeni bir sevgili tapacaq. Bu mövzuda onlar mahir olurlar. Bu sizi qətiyyən kədərləndirməsin çünki onların xasiyyəti belə olur. Qoçların məqsədi isə sizə bunun necə təsir etməsini öyrənməkdir. Onlar münasibətlər bitdikdən sonra yeni bir zəfərə doğru yola çıxmağı çox sevir. Qoçlar üçün münasibətlər bitdiyi zaman keçmişlə yaşamağın heç biri mənası olmur.
Buğa bürcü – qətiyyən əl çəkə bilmir. Sevdiyi insanların yalnız ona məxsus olduğunu düşünür. Ayrıldığı insanlarla heç vaxt dost qala bilməyənlərdəndir. Ondan ayrılsanız sizin onu sevmədiyinizdən əmin olur və geri dönmə ehtimalınız olarsa, qətiyyən qəbul edə bilməyəcək. Lakin başqa biri ilə sevgili ola bilmir və olsalar belə, bunun üçün uzun müddət keçməlidir.
Əkizlər bürcü – tərk edilən əkizlər bürcü həyatına davam edə bilir. Sizinlə dost qalmağı təklif etsə də, soyuq davrana bilər. Ona dəyər vermədiyinizi hiss etsə, haqqınızda dedi-qodu belə yaya bilər. Bunu dəqiq bilin ki, ayrılıq xəbərini hamıya yayacaq. Əkizlər bürcü ayrılıqdan sonra ən tez özünə gələ bilən bürcdür.
Xərçəng bürcü – fəlakət... Xərçənglər həqiqətən də sevirsə, ayrılığı qəbul edə bilmir. Otaqda göz yaşları içində oturub onu tərk edən insanın şəklinə baxır. Ona yazılan bütün məktubları yenidən oxuyur. Falçılara gedib yenidən birlikdə olub-olmayacağınızı da öyrənir. Zahirən sakit görünsə belə ürəyindən qara qanlar axır... Gizli nömrələrdən zəng edib səsinizə qulaq asır. Lakin bu müddətin nə qədər davam edəcəyi bəlli olmur. Yəni qısa bir müddətdə özlərinə gələ bilərlər.
Şir bürcü – bir neçə həftə ağlayıb gözünün yaşını tökə bilər. Lakin sonra bəyəndiyi və ona layiq olduğunu düşündüyü biri çıxarsa, hər şeyi unudar. Əvvəlki sevgilisini bu qədər tez unutduğuna görə peşmançılıq çəkər. Yeni sevgili tapdıqdan sonra özünü göyün 7-ci qatında hiss edər. Tərk edilən zaman onun acı çəkdiyini heç kimin görməməyini istəyir. Çünki şir bürcündən olanlar qürurlu insanlardır. Buna görə tərk edən tərəfin, hətta özü olduğunu belə söyləyə bilər.
Qız bürcü – tərk edilən qız bürcü gecə-gündüz bu haqda düşünəcək və tərk edilmə səbəbini araşdıracaq. Ayrılıq ona özünü pis hiss etdirsə də, soyuqqanlı davranır. Obyektiv olur və münasibətlərin niyə bitdiyi üçün məntiqli səbəblər axtarıb tapa bilir. Hətta özünü günahın ancaq qarşı tərəfdə olduğuna da inandırır.
Tərəzi – tərk edilən tərəzi bürcü təxminən bir həftə ağlayar. Daha sonra intiqam almaq məqsədilə yeni bir sevgili axtarışına çıxar və ayrılıq xəbərini hər kəsə deyər. Yalnız qalmaqdan nifrət edir. Tərk edilən tərəzi bürcü üçün narahat olmağa dəyməz çünki onlar 4 ayaq üstündə dayana bilir.
Əqrəb bürcü – əgər ondan ayrılmaq istəyirsinizsə, elə etməlisiniz ki, bu qərarı ancaq özü versin. Münasibətlərinizi yavaş-yavaş soyudun. Əgər onu yaralasanız, intiqam da ala bilər. Təbii ki, bu bütün əqrəb bürcünə aid deyil. Hamısı intiqam almasa da, ağlından keçir. Sizi geri qaytarmaq üçün qürurunu belə sındıra bilər. Əqrəb bürcü tərk edilərsə, çətin ki, bir daha sevə bilər. Qəlbinin qapılarını sonsuza qədər bağlı elan edir.
Oxatan bürcü – tərk edilən oxatan bürcü tez bir zamanda başqasını tapacaq. Hər şey bitdikdən sonra ağlamağın yararı yoxdur. Həyatın ona daha yaxşı bir insan bəxş edəcəyinə inanır. Özü istəmədiyi müddətcə heç vaxt tək qalmır.
Oğlaq bürcü – hər şey qaydasındadır kimi rəftar edə bilər. Sakit görünüşünün altında kədərli və duyğulu bir insan yatır. Tədbirli olduğu üçün yeni bir münasibətə başlaması üçün uzun müddət lazımdır.
Dolça bürcü - ətrafında onu ovuda bilən çoxlu dostu var. Onun həftələrlə oturub ağlamasını gözləməyin. Yeni bir sevgili axtarışına çıxmır və dostları ilə əylənməyi daha üstün tutur.
Balıq bürcü – həftələrlə ağlayacaq. Ona əlvida etdikdən sonra qaçaraq olduğunuz yerdən çıxın. Balıq bürcü onu tərk edən insandan tərk edilmə səbəbini soruşacaq. Hətta sizi yenidən qazanmaq üçün dostların sizi barışdırmağı da xahiş edə bilər. Ona belə bir ehtimalın olmayacağını bildirməlisiniz. Yoxsa, sizin arxanızdan sürünməyə davam edəcək.