Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən Gəncənin "Tərəqqi" klubu ev oyunlarını Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək. Siasport.az saytının məlumatına görə, bu barədə PFL-ə müvafiq məktubla müraciət edən "Tərəqqi" səbəb kimi Gəncə şəhər stadionunun ot örtüyünün bərbad, tamaşaçı sektorlarının isə qəzalı vəziyyətdə olmasını göstərib. PFL klubun müraciətini müsbət cavablandırıb.