Tula yalının dadını yaxşı bilənlər

29 Yanvar 2013 16:59 (UTC+04:00)

İtdən soruşurlar ki, ay köpək, niyə hürüyürsən? Cavab verir ki, qorxuduram, soruşanda ki, bəs niyə quyruğunu bulayırsan? Onda da cavab verir ki, qorxuram... Və köşəmi başlayar-başlamaz bu el məsəlini elə-belə gətirmədim. Yəni hər bir məsəlin arxasında kifayət qədər həqiqət, reallıq dayanıb. Mən də bir həqiqəti, bir reallığı oxucuya daha müfəssəl, daha anlamlı şəkildə çatırmaqdan ötrü, aid edəcəyim köşəmin "qəhrəmanına" bundan yaxşısını rəva görə bilmədim. Söhbət "Yeni Müsavat"ın qələmi qırılmış qələmdarlarından, köşəsi it qığına bulaşmış köşədarından biri olan Famil Cəfərlidən gedir. Bir zamanlar həmin bu F.Cəfərli düz-əməlli adamlardan biri kimi "Dövran" qəzetində öz normal dövranını sürdürürmüş. Bu qəzet indi fəaliyyət göstərmir. Ancaq fəaliyyətdə olduğu dövrlərdə hazırkı dağıdıcı müxalifətə qarşı radikal yazıları ilə seçilirdi. F.Cəfərli isə öz yazı-pozularını məhz "Dövran"da gün işığına çıxarırdı. Bir gün Müsavat başqanı İsa Qəmbəri, bir gün AXCP sədri Əli Kərimlini, daha o biri günlərdə isə digər "liderləri" elədən-elə, belədən də belə sürüyüb çörəkpulusunu qazanıdrı yavaş-yavaş. Amma birdən...

O Kİ QALA NACİNS QANIQARIŞIQ DA OLASAN...

Birdən həmin bu Famil öz əqidəsini dəyişərək üzüdönük çıxdı. Yəni yediyi çörəyinə şıllaq ataraq, çevrildi oldu aşırı radikal, dağıdıcı müxalifət yazarı. Radikal müxalifət qəzetinin yazarı olmaq isə, ilk növbədə, xəyanətdir, ləyaqətsizlikdir, şərəfsizlikdir desək, yanılmarıq. Bilirsiniz niyə? Ona görə ki, F.Cəfərlinin timsalında "müxalifət yazarı" olmaq hər şeyini sataraq özünü onun-bunun altına yıxmaq anlamını daşıyır. Onun-bunun altına yıxılıb pul qanamağa isə bizim tərəflərdə

yaxşı baxmırlar. Daha bir məqam: Əgər familkimiləri bu və ya digər şəkildə dövlətə və dövlətçiliyə qarşı çıxış etdirərək, erməni dəyirmanına su tökürlərsə, demək, bunlar tula olmaqla yanaşı, həm də qanlarıqarışıq tulalardırlar. Yəni cinsləri bilinmir belə köpəklərin. Qanıqarışıqdan (o ki, qala nacins qanıqarışıqdan) isə bundan sonra hər hansısa dəyəri, ləyaqəti, şərəfi və vicdanı gözləmək olmaz, əsla, olmaz!

İTLƏR YALNIZ QORXUB-QORXUTDUQLARI ÜÇÜN HÜRMÜRLƏR

Qaldı ki, köşəmin əvvəlindəki it-köpək məsələsinə. Deyim ki, itlər yalnız qorxuzub-qorxduqları üçün hürümürlər. Həm də ac olarkən yaman quduzlaşırlar. Vaxtilə orta məktəbdə oxuyarkən, zoologiya müəlliməm mənə anlatmışdı. Görünür, F.Cəfərli də bir balaca ac qalmağa başlayıb və quduzlaşıb. Haradansa ağzına sümük, yada yal atılmasını istəyir. Çünki bunlar it yalının dadını çox yaxşı bilirlər. Necə deyərlər, dadanıblar, indi də əl çəkə bilmirlər. Nə edəsən, köpəkdir daaa, özü üçün tulalıq edir.

Amma hər şeyə rəğmən, köpək hürüyəndə də, gərək, bilə hansı tərəfə hürüyür. İndi nə biləsən ki, Familin ürəyindən nə keçir ki, ağzına taxılan it ağızılığını da onun hürümək potensialına uyğun sıxıb-bağlayasan. Bir gün yavaş hürüyür, o biri gün isə bərkən. Ola bilər ki, yavaş hürüyəndə səsinin ölkədən kənara çıxmamasını istəyir. Bərkən hürüyəndə, isə səsinin ölkədən kənara qədər çıxmasını arzulayır. Ölkə daxilini deyə bilmərəm, amma ölkə xaricində bəzi tulaxorlar belə hürüməkləri yaxşı qiymətləndirirlər. Məsələn, bəzi Qərb itəbaxanları hürüyən köpəyin səsindən bilirlər ki, ona hansı miqdarda yal verib, sümük atsınlar. Görünür, bu baxımdan, son vaxtlar "Yeni Müsavat"ın F.Cəfərlisi axır vaxtlar bu qədər uca səslə hürüməyi ilə Qərb itəbaxanlarının diqqətini özünə tərəf cəlb edib. Demək, onun "namordnikinin" sıxılmaq zamanı çatıb. Yoxsa quduzlaşıb, özünə də xəsarət yetirə bilər. İtdi daaa, heyvandır, nə qanır ki?