Bu gün səhər saatlarında Fəhlə prospektində ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, "Vaz 2109" markalı avtomobil "Toyota Prado" və "Mersedes" markalı avtomobilləri ilə toqquşub. Qəza nəticəsində yolun kənarındakı dirək aşıb. Hadisədə xəsarət alanlar var. Qəzadan sonra prospektdə tıxac yaranıb.