Dostunun qanını tökdü

25 Yanvar 2013 22:27 (UTC+04:00)

Abşeron rayonunda keçmiş məhkumlar bıçaq davasına çıxdılar. Rayon Polis Şöbəsindən verilən məlumata görə, yanvarın 23-də Rahid Hüseynov tanışı olan Xırdalan şəhər sakini Əliağa Səfərov tərəfindən bıçaqla vurulub.

Abşeron Rayon Polis Şöbəsi əməkdaşları Əliağa Səfərovu qandallayaraq istintaqa təhvil veriblər. Milli.az-ın məlumatına görə, hər iki şəxs kafedə birgə yeyib-içiblər. Əliağanın danışığı Rahidin xoşuna gəlməyib və onlar mübahisə ediblər. Yaxınlıqdakılar onları sakitləşdirmək üçün kafedən bayıra çıxarıblar. Bu zaman Əliağa bıçaqla Rahidi vurub.

Hər iki şəxs əvvəllər məhkum olunub. anspress