UEFA İstanbulun "Fənərbaxça" futbol klubunu ciddi cəzalandırıb. Siasport.az saytı xəbər verir ki, Avropa ali futbol qurumu İstanbul klubunun azarkeşləri tərəfindən törədilən intizamsız hərəkətləri müzakirə edərək, "Fənərbaxça"nın UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Şükrü Saracoğlu" stadionunda "Bate" ilə keçiriləcək ilk qarşılaşmanın boş tribunalar qarşısında keçirilməsinə qərar verib.