Sabir Məmmədov: “İlk dəfədir, belə obraz bəxtimə düşür” FOTO

24 Yanvar 2013 15:42 (UTC+04:00)

Akademik Milli Dram Tetrının sevimli və çox məşhur aktyoru, əməkdar artist Sabir Məmmədov teleseriala çəkilmək üçün təklif alıb. SİA-ya açıqlama verən əməkdar artist bildirib ki, Azərbaycan tele məkanında özünəməxsus tamaşaçı sevgisi qazanan "Məhkumlar" bədii teleserialında Şahmar obrazını canlandıracaq.

""Məhkumlar"a serialın rejissoru Yaşar Əhmədov dəvət etdi, mən də böyük məmnuniyyətlə serialda çəkilməyə razılıq verdim. Əslində bu obrazın prototipini real həyatda tez-tez və canlı güzgü olan tv kanallarında kriminal verlişlərdə görürük. Tamaşaçılar da bilir ki, bir çox xarakterlər canlandırıb, rollar oynamışam. Ancaq düzünü desəm, ilk dəfədir belə obraz bəxtimə düşür",- deyə aktyor bildirib.

Onun sözlərinə görə, ilk olaraq ssenari ilə tanış olub: "Yeni obrazımın adı Şahmardır. Şahmar Tünzalənin başına min oyun açan, hiylə işlədib balanı atadan ayıran və onu həbsxanaya salan ərdir. Ər-arvad arasında böyük kin, nifrət və ən çox da qisas var. Çox maraqlı, dinamik, yeni faktlar ortaya çıxara biləcək obrazdır. Artıq çəkilişlərə başlamışıq. Hər şey qaydasında gedir. Məncə Şahmarın gəlişi ilə "Məhkumlar" serialının reytinqi daha da artacaq. Həm də bu xarakter tamaşaçılar üçün yeni olacaq. Tezliklə Şahmar "Məhkumlar"da daha böyük xaliqələr yaradıb, fırtınalar qoparacaq".

Qeyd edək ki, aktyorun bu gün 52 yaşı tamam olur.