Bürclərin mənfi xüsusiyyətləri

23 Yanvar 2013 16:49 (UTC+04:00)

Öz bürcünüzün mənfi xüsusiyyətlərini bilirsinizmi? Yox deyirsinizsə o zaman bürclərin mənfi xüsusiyyətlərini oxuyun həm özünüzü, həm də ətrafınızdakı insanları daha yaxşı tanıyın.

Qoçlar

Eqoist, özünü hər şeydən üstün tutan, tez hirslənən, dalaşqan, kobud

Buğalar

Mənsəbpərəst, tənbəl, qeyri-tolerant, cansıxıcı, səhv olsa belə fikirlərinin dəyişdirilməsi heç vaxt mümkün olmayan, şəraitə çətin uyğunlaşan, inadcıl, kinli, acgöz

Əkizlər

Dəyişkən, narahat, hiyləgər, həddindən artıq hər şeylə maraqlanan, qərarsız, ikiüzlü (o mənada ki, bir insandan xoşu gəldiyini söyləsə də, bəlkə də 2 dəqiqədən sonra o insandan zəhləsi getdiyini bildirər ki, bu da onun qərarsız olması ilə əlaqədardır), sinirlərini idarə edə bilməyən, dedi-qodunu sevən, səthi, tikan üstündə yaşayan

Xərçənglər

Həddən artıq həssas, həyəcanlı, tez küsən və tez hirslənən, dəyişkən, öz-özünə həmişə yazığı gələn, bağışlamağı bacarmayan, nataraz, dağınıq, özü haqqında tərif eşitməyi sevən

Şirlər

Özündən razı, insanları idarə etməyi sevən, lovğa, qeyri-tolerant, sabit fikirli, kinli, hakimiyyət dəlisi

Qızlar

Əhəmiyyətsiz şeylər üstündə həddindən çox duran, problem yaratmağı sevən

Tərəzilər

Qərarsız, kinli, havalı, dəyişkən, flirti sevən, tez təsir altına düşə bilən, saf danışan

Əqrəblər

Qısqanclıq, gizlilik, hər şeydən və hər kəsdən şübhələnən, inadcıl

Oxatanlar

Hər şeyi şişirdən, narahat, diqqətsiz, həddindən artıq optimist, məsuliyyətsiz, ərkə-söyün, kobud

Oğlaqlar

Sərt görünüşlü, pessimist, xəsis, adi

Dolçalar

Anlaşılmaz, dikbaş, yöndəmsiz, sabit düşüncəli, adətlərə qarşı çıxan

Balıqlar

Diqqətsiz, gizliliyi sevən, asanlıqla əhvalı pozulan, həyatın axışına uyğunlaşa bilməyən, zəif iradəli, qərarsız